22 
Apr
2021
07:54
125
12
6473
Virtual karabakh

Metal dedektorla tapılmış qızıl üzük tarixi xəzinə imiş - FOTO

Böyük Britaniyanın Men adasında metal dedektorla tapılmış qızıl üzük tarixi xəzinə elan edilib.

Bu barədə “Haber Global” xəbər yayıb.

Büllurla bəzənən qızıl zinət əşyasının Stüartlar dövrünün matəm üzüyü (ölən birinin xatirəsinə hazırlanırdı) olduğu düşünülür.

“Manx National Heritage” təşkilatının arxeoloqu Elison Foks üzüyün keyfiyyətinin onun yüksək statusa malik biri üçün hazırlandığını göstərdiyini bildirib.

Ehtimal edilir ki, zinət əşyası 1651-ci ildə vətəndaş müharibəsi zamanı “Girdəbaşlar” (parlament tərəfdarları) tərəfindən edam edilən Derbi qrafı Ceyms Stenliyə aid olub.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri