27 
Apr
2021
13:08
318
60
5846
Virtual karabakh

Qardaşı Mətanəti niyə öldürmək istədi?: “Bıçağı göstərib dedi ki, başını kəsərəm” - VİDEO

27 Apr, 2021
13:08
5846

Qardaşı Mətanəti niyə öldürmək istədi?: “Bıçağı göstərib dedi ki, başını kəsərəm” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ARB TV-nin “Onun Sirri” verilişinin növbəti qonağı müğənni Mətanət Əsədova olub. 

Məşhur ifaçı illər öncə qardaşının onu ölümlə hədələdiyini etiraf edib: 

“Orta məktəbdə oxuduğum zamanlar idi. Bir gün direktorumuz mənə dedi ki, Əsədova, müəllimlər evinə get. Şövkət Ələkbərova gəlib. Müsabiqə keçirilir.

Getdim, oxudum. Rayonlar arasında 25 tələbənin içərisindən mən seçildim. Dedilər get evə hazırlaş, Bakıya gedirsən. Müəllimlər evində çıxıb evə gedəndə qardaşım məni yaxaladı. Artıq ona xəbər vermişdilər. Mənə dedi ki, dərsdə olmalısan, burada nə işin var? Dedi ki, bu əlimdəki bıçağı görürsən? Sənin başını kəsərəm. O fikri beynindən at. O zaman məni getməyə qoymadı, amma illər sonra həmin qardaşım məni müğənniliyə gətirdi”.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri