May
2021
17:06
214
86
10289
Virtual karabakh

Sevgilisinin xəyanətini bağışlayan aktyor qınaq atəşinə tutuldu - FOTO

3 May, 2021
17:06
10289

Sevgilisinin xəyanətini bağışlayan aktyor qınaq atəşinə tutuldu - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Can Yaman italiyalı sevgilisi Diletta Leottanın amerikalı biznesmen Rayan Friedkin ilə birgə fotoları yayılsa da, türkiyəli aktyor onu bağışlayıb.

“Ahaber” məlumat verir ki, italiyalı futbol şərhçisi Leotta fotoların Yamanla sevgili olmazdan əvvəl çəkildiyini deyib.

Buna baxmayaraq, italiyalı gözəlin biznesmenlə sözügedən fotolarının Yamanla sevgili olduqları zaman çəkildiyi iddia edilib.

Yamanın isə bütün bu iddialara reaksiya verməyərək Leottanın fotolarını bəyənməyə davam etməsi izləyicilərin gözündən qaçmayıb.

Sevənləri türkiyəli aktyorun xəyanətə rəğmən Leottadan ayrılmamasını kəskin qınayıb və şərhlərdə bunu reklam xatirinə etdiyini yazıblar.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri