May
2021
08:30
27
109
3957
Virtual karabakh

Ben Afflek sosial şəbəkələrdə sevgili axtarır - FOTO/VİDEO

5 May, 2021
08:30
3957

Ben Afflek sosial şəbəkələrdə sevgili axtarır - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Amerikalı aktyor Ben Afflek yenə tənhadır, amma subay statusu ilə barışmaq istəmir.

Mk.ru xəbər verir ki, o, Hollivud ulduzu Qvinet Peltrou və müğənni Jennifer Lopez ilə dillərə düşən eşq romanlarının ardından üç uşağını dünyaya gətirən həmkarı Cennifer Qarner ilə on illik evliliyindən sonra uzun müddət tək başına qalıb.

Bundan sonra şou-biznesin başqa bir nümayəndəsi - gənc kubalı Ana de Armas ilə şansını sınasa da, ancaq bu romantizm uğursuzluqla nəticələndi. Bəlkə də, 48 yaşlı aktyor həmkarlarından bezib.

Afflek “Raya” tanışlıq proqramına yazılıb və indiyə qədər az tanınan bloqer Nivin Ceyi orada tapıb. Qız da onu bəyənib, amma sonra düşünüb ki, bir Hollivud ulduzunun sosial şəbəkələrdə oturub adi qadınlarla görüşməsi ağılasığmazdır.

Nivin bunun saxta hesabla olduğuna qərar verib və onu silib. Ancaq tezliklə Ben Afflek ona video mesaj yollayıb.

“Nivin, niyə sildin? Bu, həqiqətən mənəm”, - deyə aktyor təsdiqləyib.

Afflekin gənc gözəllə münasibət qurub-qurmayacağı hələ ki məlum olmasa da, Nivinin “uduzmadığı” dəqiqdir. 

Hollivud ulduzunun ona ünvanlanan videosunu “Tik-Tok” hesabında paylaşmaqla milyondan çox baxış qazanıb.

 

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri