May
2021
13:54
13
147
6973
Virtual karabakh

Sevgilisindən Hadisə ilə bağlı suala reaksiya - FOTO

6 May, 2021
13:54
6973

Sevgilisindən Hadisə ilə bağlı suala reaksiya - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyəli müğənni Hadisənin aktyor sevgilisi Kaan Yıldırım onunla bağlı sualı cavabsız qoyub.

“Haber Türk” məlumat verir ki, İstanbulun Etilər rayonunda kameralara tuş gələn Yıldırım “Hadisə ilə hələ sevgilisinizmi? Münasibətiniz necə davam edir?” suallarına cavab verməyib.

O, avtomobilinə minib və ərazini tərk edib.

Xatırladaq ki, Hadisənin adı Ebru Gündəş və Rza Zerrabın boşanması xəbərlərində də hallanıb. Gündəş Zerrabın ona xəyanət etdiyi qadınlardan birinin də Hadisə olduğunu deyib.

Bir ilə yaxındır sevgili olan Hadisə və Yıldırımın bir müddət öncə ayrılması iddiası ortaya atılsa da, çıxan xəbərlərdən sonra onlar “Instagram”da bir-birlərini izləməyə başlayıblar.

Heç kimi izləməyən, 12 milyondan çox izləyicisi olan Hadisə Yıldırımı izləməyə başlamaqla ayrılıq iddialarını yalanlamış olub.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri