17 
May
2021
06:30
40
179
3068
Virtual karabakh

Türkiyəli məşhurun “Instagram” hesabı oğurlandı: Dostluğunda olanları təhdid edib pul istədilər

17 May, 2021
06:30
3068

Türkiyəli məşhurun “Instagram” hesabı oğurlandı: Dostluğunda olanları təhdid edib pul istədilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyəli məşhur model və aparıcı Elif Uzunun “Instagram” hesabı oğurlanıb.

“Günyadın” məlumat verir ki, mobil telefonuna gələn mesajı açandan sonra məşhurun başına belə hadisə gəlib.

İddiaya görə, onun dostluğunda olan müğənni, aktyor, model, siyasətçilər təhdid ediliblər.

Onun sözlərinə görə, hesabı ələ keçirən fırıldaqçılar dostluğunda olanlara təhdid mesajları yollayaraq deyiblər ki, əllərində onlara məxsus görüntülər var. Bu yolla həmin şəxslərdən pul istəyiblər. Bəziləri buna inanaraq onların dediyi hesaba pul köçürüb, bəziləri isə Uzuna zəng edərək bu barədə xəbər veriblər.

Uzunun şikayət məktubundan sonra qısa müddətdə hesabı qayıtsa da, artıq çox miqdarda pul oğurlanıb.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri