17 
May
2021
16:00
134
241
6077
Virtual karabakh

Samirə Əfəndi Rotterdamda göz qamaşdırdı - VİDEO

17 May, 2021
16:00
6077

Samirə Əfəndi Rotterdamda göz qamaşdırdı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mayın 16-da Rotterdam şəhərinin Ahoy Arenasında "Eurovision 2021" mahnı müsabiqəsinin açılış mərasimi keçirilib.

Bu dəfə təşkilatçıların qərarı ilə iştirakçıların məkana daxil olduğu xalça qırmızı yox, Niderlandın tarixən su ilə sıx bağlı olduğunu göstərmək üçün firuzə rəngindədir.

Xalça üzərində yeriyən 34 iştirakçı arasında ölkəmizi təmsil edən Əfəndi tanınmış dizayner Rüfət İsmayılın hazırladığı uzun don geyinib.

Qeyd edək ki, Polşa və İslandiya nümayəndə heyətlərinin hərəyə bir üzvünün COVID testi müsbət çıxdığı üçün həmin ölkələrin təmsilçiləri mərasimdə iştirak etməyib. Həmçinin İslandiya nümayəndələrilə eyni hoteldə qalan Malta və Rumıniya nümayəndələri də təcrid olunmaq məcburiyyətində qalıb. Avstraliya nümayəndə heyəti də səyahət məhdudiyyəti üzündən Rotterdama gəlməyib.

Xatırladaq ki, müsabiqənin yarımfinal konsertləri mayın 18-də və 20-də, final isə 22-də keçiriləcək. Birinci yarımfinalda 14 nömrə ilə çıxış edəcək Əfəndi “Mata Hari” mahnısını ifa edəcək.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri