19 
May
2021
04:30
150
102
8415
Virtual karabakh

55 yaşlı ukraynalı musiqiçi Türkiyədəki istirahət görüntüləri ilə heyran qoydu – FOTO

19 May, 2021
04:30
8415

55 yaşlı ukraynalı musiqiçi Türkiyədəki istirahət görüntüləri ilə heyran qoydu – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukraynalı skripkaçı və müğənni Assiya Əhəd Türkiyəyə Aralıq dənizinin sahillərində dincəlməyə yollanıb. Onun istirahətdən paylaşdığı görüntülər pərəstişkarlarını heyran qoyub.

Bu barədə “Karavan” xəbər yayıb.

Bildirilir ki, musiqiçi bədən quruluşunu itirməmək üçün istirahətdə belə idmanla məşğul olmağı və sağlam qidalanmağı unutmur.

“Günümün məşqlərlə başlamasına alışmışam. Hətta Türkiyədə belə, hansı ki, bütün vaxtı çimərlikdə keçirmək olar, idman zalına yollanır və məşq edirəm. İstirahət vaxtı fiziki formanı itirmək çox asandır, bunu özümə icazə verə bilmərəm. Hazırda görünüşüm özümün xoşuma gəlir”, - deyə Assiya bildirib.

Qeyd edək ki, hazırda Assiya Əhəd yeni studiya albomu üzərində işləyir. Türkiyəyə səfər onun üçün fasilə və yeni ilham mənbəyi olub.

“Son altı ayda bir neçə dəfə Türkiyədə olmuşam, ancaq mənə elə gəlir ki, bu ölkənin gözəlliyini əsl qiymətini indi anlayıram. Dağ və dəniz mənə o qədər ilham verib ki, yeni albomumda türk notlarından istifadəni istisna etmirəm”, - deyə artist bildirib.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri