İyn
2021
06:30
41
236
13225
Virtual karabakh

Emili Ratakovskinin körpəsi ilə çəkdirdiyi şəkillər narazılıq yaratdı - FOTO

9 İyn, 2021
06:30
13225

Emili Ratakovskinin körpəsi ilə çəkdirdiyi şəkillər narazılıq yaratdı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bir müddət əvvəl ana olan  məşhur model, dizayner və aktrisa Emili Ratakovski uşağı ilə ilk dəfə tətilə çıxıb. O, 30-cu yaşını əri  Sebastyan  Bear Makklard və oğlu  Silvester ilə birlikdə istirahətdə qeyd etməyi düşünüb.

Bununla bağlı fotoları model özünün “İnstagram” hesabından paylaşıb.

Ancaq istirahətdən çimərlik geyimində fotolarını paylaşan aktrisa gözlədiyi reaksiya ilə üzləşməyib. Belə ki, körpəni qucağında saxlama forması sosial şəbəkə istifadəçiləri tərəfindən narazılıqla qarşılanıb. Kadrlarda modelin tək əli ilə saxladığı uşağın hər an yıxıla biləcək formada olması bir çoxları tərəfindən qınaqla qarşılanıb və o, öz bədən quruluşunu göstərmək üçün oğlunun həyatını təhlükəyə atmaqda ittiham olunub.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri