18 
İyn
2021
15:20
280
61
12337
Virtual karabakh

Nazilə Səfərli polisə çağırıldı

Şairə Nazilə Səfərli aparıcı Xoşqədəm Hidayətqızının şikayəti əsasında Nizami Rayon Polis İdarəsi tərəfindən saxlanılması ilə bağlı yayılan məlumatlarla bağlı açıqlama verib.

O bildirib ki, heç bir polis bölməsinə aparılmayıb:

“Mən heç bir polis şöbəsində deyiləm. Bağımdayam. 500 manat cərimə ödəməmişəm. Həqiqətən 500 manat cərimə ödəməli olsam, onu sizinlə paylaşaram”.

Oxu.Az-ın məlumata görə, Nazilə Səfərli Nizami Rayon Polis İdarəsinə çağırılıb.

Məhkəmə tərəfindən təyin edilən cərimənin ödənilməsi onun diqqətinə çatdırılıb. O, həmin cəriməni ödəyib. 

Nazilə Səfərli ilə Xoşqədəm Hidayətqızı arasında baş verən davanın səbəbi N.Səfərlinin keçmiş qardaşı arvadının “Xəzər TV”də yayımlanan “Səni axtarıram” verilişinə müraciət etməsi ilə başlayıb.

Onlar arasında məhkəmə prosesi olub. Məhkəmə N.Səfərlinin X.Hidayətqızıdan üzr istəməli və ona təzminat ödəməsi ilə bağlı qərar çıxarıb.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri