19 
İyn
2021
10:39
10
214
6485
Virtual karabakh

Nura Suri qəzaya düşən oğlundan danışdı

Müğənni Nura Suri oğlu Xosrovun ABŞ-ın Kaliforniya ştatında qəzaya düşməsindən sonra yaşadığı çətinliklərdən danışıb.

O, bu barədə sosial şəbəkədə məlumat paylaşıb:

“15 gün əvvəl oğlum qəzaya düşəndə ətrafımdan beş-altı nəfər bilirdi. Belə xəbəri çox insanla bölüşmək istəmirdim. Problemim olanda çalışıram ki, bölüşməyim. Hətta valideynlərimi də belə xəbərlərdən qoruyuram. Onlara hər şeyi dörd gün sonra demişdim. 

Yazdığım statuslara görə nədənsə bəzi insanlar narahat olur. Amma mən heç vaxt özümə görə yazmıram. Ancaq insanları, ədaləti düşünərək yazıb işıqlandırıram”.

O bildirib ki, hazırda oğlum ayaq üstədir:

“Çıxırıq, gəzirik, həkimə gedib gəlirik, yeməyə gedirik. Hər şey yolundadır. 

Dünəndən telefonum susmur. Hamı yazır, zəng edir, maraqlanır. Hər birinizə təşəkkür edirəm. 

Sənət dostlarımdan isə Röyanın yeri ən yüksək pillədədir bu gün. Heç vaxt yaxın dost olmamışıq, amma yaxın bildiklərimdən daha çox doğmalıq etdi. Çox mərdlik etdi. Özü hamıdan əvvəl xəbər tutmuşdu. Burda uzun-uzadı yazmaq istəmirəm. Elə şeylər var ki, onu az adam bilsə yaxşıdır, yaxşını da, pisi də. İnsanları tanıdım və nə yaxşı ki, hər kəsin münasibətini özüm üçün bildim”.

Qeyd edək ki, müğənninin oğlu ABŞ-da dostunun avtomobilini idarə edərkən qəzaya düşüb. Hadisə zamanı onun ağciyəri zədələnib, beyin travması alıb. Həkimlərin səyi nəticəsində sənətçinin oğlunun həyatını xilas etmək mümkün olub.

 

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri