24 
İyn
2021
08:08
113
80
10467
Virtual karabakh

Hollivud ulduzu evini göstərdi - FOTO

24 İyn, 2021
08:08
10467

Hollivud ulduzu evini göstərdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hollivud ulduzu və model Kara Delevin “Alisa möcüzələr diyarında” əsərindən ilhamlanaraq hazırlanan evini nümayiş edib.

Bu barədə “Architectural Digest” xəbər verib.

Ev müştərinin bütün istəklərini nəzərə almağa və “darıxdırıcı” etməməyə çalışan “Line Architecture” şirkətinin memarı Nikolo Bini tərəfindən dizayn edilib.

“İşim məndən şlyapaları və kostyumları tez-tez dəyişdirməyimi tələb edir. Fərqli obrazlara çevrilməyi sevirəm, buna görə evimin bir çox fərqli mövzu və əhval-ruhiyyəni əks etdirməsini istədim”, - deyə 28 yaşlı aktrisa bildirib.

Onun evində topları olan otaq, arxa həyətdə trambolinlər, qonaqlar üçün iki mərtəbəli yataq, hətta Karanın düşünmək üçün gizləndiyi “tunel” var. Ümumilikdə bütün otaqlar fərqli məqsədlər üçün fərqli şəkillərdə dizayn edilib.

Bura hələ ki evə oxşayır. Normal yemək otağı, qonaq otağı və əla mətbəxi var. Amma eyni zamanda səyahətdir. Gəzdikcə daha çox xəzinə əldə edəcəksiniz”, - deyə məşhur model bildirib.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri