29 
İyn
2021
12:52
99
453
7833
Virtual karabakh

Sərxan Sərxan “Rayonlu nə bilir konsert nədir, teatr nədir?” söhbətindən danışdı: “Utanmırlar?!”

29 İyn, 2021
12:52
7833

Sərxan Sərxan “Rayonlu nə bilir konsert nədir, teatr nədir?” söhbətindən danışdı: “Utanmırlar?!”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xalq artisti Sərxan Sərxanın “Rayonlu nə bilir konsert nədir?” başlıqlı açıqlaması mediada müzakirələrə səbəb olub. Hətta xalq artistinin bu fikri sosial mediada tənqidlə qarşılanıb. 

Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən Xalq artisti Sərxan Sərxan bu fikirlərin həqiqəti əks etdirmədiyini söyləyib:

“Mediada yayılan “Rayonlu nə bilir konsert nədir, teatr nədir?” başlıqlı açıqlama əsassızdır. Sərxan belə dedi, elə dedi, utanmırlar?! İndi konsertə kim gedir? Heç şəhər əhalisi getmir. Bu nə xəbərdir mənim adımdan yayımlanır. Bunu yayanlar məni xalqa düşmən etmək istəyirlər. Mənim əksər dostlarım rayonludur. Belə baxanda, elə hər birimizin kökü rayona gedib çıxır. Dünən haqqımda çıxan “primitiv” xəbərlər məni çox əsəbiləşdirdi. Heç gözləməzdim”.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri