Avq
2021
04:50
27
149
7686
Virtual karabakh

Kimi insult keçirib, kimi də böyrəklərini itirib: Qorxulu əməliyyatlar keçirmiş ulduzlar - FOTO

8 Avq, 2021
04:50
7686

Kimi insult keçirib, kimi də böyrəklərini itirib: Qorxulu əməliyyatlar keçirmiş ulduzlar - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tanıdığımız və sevdiyimiz ulduzların həyatı heç də göründüyü kimi rahat keçmir. Onlardan bəziləri həyatda qala bilmək üçün həqiqətən də çox ciddi əməliyyatlardan keçmək məcburiyyətində qalıblar.

“Grazia” onlardan bəzilərini təqdim edir:

SELENA QOMEZ

Üç il əvvəl müğənni çox ağır böyrək köçürmə əməliyyatı keçirib. Donor Selenanın dostu, aktrisa Francia Rays oldu. Ulduz ilk dəfə diaqnozu barədə 2015-ci ildə öyrənib. Xəstəliklə mübarizə zamanı o,  kimyəvi terapiya kursu keçib, həmçinin depressiya və panik ataklarla mübarizə aparıb.

ANCELİNA COLİ

Beş uşaq anası olan Hollivud ulduzu 2013 -cü ildə orqanizminin döş xərçənginin (süd vəzisi xərçəngi) inkişafına genetik meyli haqqında öyrənib. Onun anası və nənəsi də bu xəstəlikdən dünyasını dəyişmişdi. Bu səbəbdən ulduz profilaktik tədbirlərə qərar verdi və süd vəzilərini çıxarmaq üçün bir əməliyyatdan keçdi. Sonra isə yumurtalıqları və uşaqlıq (fallop) borularını da çıxartdırdı. Aktrisa “Uşaqlarımın böyüdüyünü görmək və nəvələrimi oynatmaq şansımı artırmaq üçün doğru seçim etdiyimi düşünürəm”, - deyə bildirib.

EMİLİYA KLARK

“Game of Thrones” ulduzu serialın ilk mövsümünün çəkilişlərini tamamladıqdan sonra demək olar ki, insultdan ölmək üzrə olduğun etiraf edib. İki anevrizma keçirən aktrisaya səhhətindəki problemlər barədə lap təsadüfən öyrənib. Belə ki, Klark huşunu itirib. Xəstəxanaya aparılan aktrisaya dərhal beyin əməliyyatı edilib. Problem iki il sonra qayıdıb və aktrisa yenidən əməliyyat etdirməli olub. Bu dəfə də əməliyyat uğurla başa çatıb.

SARA XAYLEND

“Vampire Academy” filminin ulduzu doqquz yaşında olanda ona böyrək displaziyası diaqnozu qoyulub. 2012 -ci ildə Saraya ilk transplantasiya edilib, donor atası olub. Təəssüf ki, orqan kök salmayıb, buna görə 2017 -ci ildə onun çıxarılmasına qərar verilib. Bundan sonra aktrisa depressiyaya düşüb. Lakin bir müddət sonra o, özünü ələ alıb və tezliklə başqa bir transplantasiyaya hazırlaşdı. Bu dəfə qardaşı ona böyrəyini bağışladı. Xoşbəxtlikdən, bu dəfə hər şey yaxşı oldu və aktrisa normal həyata qayıda bildi.

KRİSTİNA EPPLQEYT

“Bad Moms” filminin ulduzu 2008 -ci ildə döş xərçəngi ilə mübarizə aparıb. Belə bir diaqnoz üçün o, pisxoloji olaraq hazır idi, çünki bundan əvvəl anası da kimyəvi terapiya kursunu uğurla bitirmişdi. Nəticədə, uzun müddətli müalicədən sonra, Kristina şişin yenidən inkişaf etmə ehtimalını istisna etmək məqsədiylə hər iki süd vəzini çıxarmaq əməliyyatı keçirdi.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri