Sen
2021
01:40
55
236
7034
Virtual karabakh

Türkiyədə yaşayan azərbaycanlı müğənni yeni klipini təqdim etdi – VİDEO

2 Sen, 2021
01:40
7034

Türkiyədə yaşayan azərbaycanlı müğənni yeni klipini təqdim etdi – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyədə yaşayan azərbaycanlı müğənni Səidə Quliyeva yeni klipini təqdim edib.

“Şu karşıki dağda kar var, duman yok” adlı mahnıya çəkilmiş videoçarx həmyerlimizin növbəti uğurlu işidir.

Bundan öncə, Səidə Sinan Akçillə birlikdə 44 günlük Vətən müharibəsinə həsr olunmuş “Yaşa Azərbaycan” layihəsini reallaşdırıb.

15 ildir Türkiyədə peşəkar musiqi fəaliyyəti ilə məşğul olan sənətçi, həmçinin “Oradan oraya” sinqlı və “Göz yaşım səndə” kimi mahnıları ilə tanınır.

Qeyd edək ki, Səidə Quliyeva 1983-cü ildə Bakıda anadan olub. Altı yaşında piano ifasıyla musiqi həyatına qədəm qoyan sənətçi tanınmış muğam ustası Arif Babayevin tələbəsi olub.

S.Quliyeva Bakıda aldığı musiqi təhsilini Türkiyənin Haliç Universiteti Konservatoriyasında davam etdirib.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri