Sen
2021
17:20
451
66
10401
Virtual karabakh

Brilliant Dadaşova koronavirusa yoluxdu: “Həkim dedi süni nəfəs aparatına qoşmaq lazımdır” - VİDEO

7 Sen, 2021
17:20
10401

Brilliant Dadaşova koronavirusa yoluxdu: “Həkim dedi süni nəfəs aparatına qoşmaq lazımdır” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Evdə hər kəs koronavirusa yoluxdu, indi sağalmışıq. Xəstələnməmişdən əvvəl evdəkilərin istəyi ilə bir həkimlə əlaqə saxladıq. O zaman mən virusa yoluxmamışdım, ancaq evdəkilər virusdan əziyyət çəkirdi. Vaksin olmuşduq, yüngül keçirdik”. 

Bu sözləri Xalq artisti Brilliant Dadaşova “Instaqram”da canlı yayıma qoşularkən bildirib. 

Məşhur müğənni bir müddət əvvəl koronavirusa yoluxduğunu qeyd edib, həmin dövrdə başına gələn hadisə barədə danışıb:

“Həkim gəlib üç vərəq dərman yazdı. Evdəkilərə dedi ki, sizi xəstəxanaya aparmaq lazımdır, süni nəfəs aparatına qoşmaq lazımdır. Soruşdum ki, nəfəs almağında problem yoxdur, niyə aparata qoşulsun? Cavab verdi ki, 1-2 günə ola bilər. Söylədim ki, eybi yoxdur, qoy evdə boğulsun! Tamamilə xəstəxananın əleyhinəyəm. Xanım hələ damarın içinə antibiotik yazıb. Mənə cavabı nə olsa yaxşıdır? Söylədi ki, nə fərqi var, damarın içi, üstü? Birinci dəfə belə bir şey eşidirəm. 500 manat verdim ki, dərmanlar alınsın.

Həkim qohumlara zəng etdim, məsələdən xəbərdar etdim. Onlar dedi ki, reseptləri göndər. Qohumum şoka düşdü, bildirdi ki, koronavirus yox, bu dərmanlar sizi öldürə bilər. Bu dərmanlar böyrəyə, ciyərə pis təsir edir. Bu yükün altından sonra qalxmaq lazımdır. Mənə dərmanlar dedi, çox az pulla dərmanlar aldım. Üç-dörd gündən sonra özüm də yoluxdum. Panikaya düşmək lazım deyil, xəstəxanalara da qaçmayın. Orada da infeksiyalar var. Sizə yazılan dərmanları kənara atın”. 

 

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri