Konor Makqreqor Meqan Foksun sevgilisinə hücum etdi - FOTO/VİDEO
Konor Makqreqor Meqan Foksun sevgilisinə hücum etdi - FOTO/VİDEO
ABŞ-ın Nyu-York ştatında ənənəvi olaraq keçirilən “MTV Video Music Awards” (MTV Video Musiqi Mükafatları) tədbirində xoşagəlməz hal yaşanıb.
Belə ki, tədbirə aparıcı kimi dəvət olunan irlandiyalı qarışıq döyüş (MMA) ustası Konor Makqreqor amerikalı aktrisa və model Meqan Foksun sevgilisi, rep ifaçısı Kolson Beykerə (Machine Gun Kelly) gözlənilmədən yumruq atıb.
İdmançı musiqiçiyə hücum çəkib, üstünə qışqırıb və onu vurmaq istəyib, ancaq mühafizəçilər onun bu istəyinin qarşısını ala biliblər.
Bir müddət sonra məşhurların qəfil qarşıdurmasının səbəbi məlum olub.
İddiaya görə, Makqreqor ulduzla şəkil çəkdirmək istəyib, lakin Beykerin komandası tələbi rədd edib. Bu döyüşçünün qüruruna toxunub və onu döymək istəyib. Ancaq mühafizəçilər buna imkan verməyiblər.
Conor McGregor throws a drink at MGK on the red carpet (via ig:laurademytrk) pic.twitter.com/H0naCNbMta
— Barstool Sports (@barstoolsports) September 13, 2021
Mənbə: “The Sun”