21 
Sen
2021
10:24
61
38
4844
Virtual karabakh

Nikol Kidman 20 il sonra Tom Kruzla boşanmalarının sirrini açdı

21 Sen, 2021
10:24
4844

Nikol Kidman 20 il sonra Tom Kruzla boşanmalarının sirrini açdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hollivud ulduzu Nikol Kidman keçmiş əri, məşhur aktyor Tom Kruzla boşanmasının bəzi təfərrüatlarını açıqlayıb.

Məşhur cütlük “Göy gurultusu günləri” filminin çəkilişi zamanı tanış olub.

Aktyorlar 1990-cı ildə filmin efirə çıxmasından altı ay sonra ailə həyatı qurub və 11 ildən sonra ayrılıblar.

Əvvəl hər iki aktyor ayrılmaqlarını şərh etməyiblər. Yalnız üzərindən 20 il keçəndən sonra Nikol Kidman məsələyə müəyyən qədər aydınlıq gətirmək qərarına gəlib.

“Bunu mən təklif etdim. Ola bilər ki, mən bir az həssas idim, amma həmişə mümkün qədər açıq olmağa çalışıram. Sadəcə bu həyatda belə yaşamağı üstün tuturam”, - deyə 54 yaşlı aktrisa vurğulayıb.

N.Kidman ayrılığın istənilən halda onun üçün ağrılı olduğu, eyni zamanda münasibətlərə “tikanlı” deyil, mehriban yaşam tərzinə üstünlük verdiyini açıqlayıb.

Mənbə: “Fox News”

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri