24 
Sen
2021
07:00
96
34
6418
Virtual karabakh

Məşhur supermodel onu eybəcərləşdirən prosedurdan danışdı - FOTO

24 Sen, 2021
07:00
6418

Məşhur supermodel onu eybəcərləşdirən prosedurdan danışdı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

90-cı illərin top-modelləri fəal şəkildə podiumlara çıxdığı və bədən quruluşları ilə heyrətləndirdiyi dövrdə, onların arasında ən cazibədarı sayılan Linda Evanqelista “radarlardan” itib.

Bunun dramatik izahı var imiş. Məlum olub ki, beş il əvvəl Linda onu eybəcər hala salan uğursuz prosedurdan keçib.

Model bu barədə özünün “Instagram” səhifəsində açıqlama verib.

O, etirafına “Mənim həqiqətim, mənim hekayəm” adını verib. 56 yaşlı supermodel “CoolSculpting” piyəritmə prosedurundan sonra həmişəlik qüsurlu qaldığını bildirib.

“Bu gün əziyyət çəkdiyim və beş ildən çox gizlətdiyim səhvimi düzəltmək üçün böyük bir addım atdım. Həmyaşıdlarımın karyerası çiçəklənərkən niyə işləmirəm deyə düşünən pərəstişkarlarıma cavab verəcəyəm: Səbəb, “Zeltiq CoolSculpting” proseduru ilə ciddi şəkildə eybəcərləşməyimdir, hansı ki, vəd edilənin tam əksini etdi: Piy hüceyrələrim kiçilmək əvəzinə artdı və mən hətta iki ağrılı, uğursuz korrektəedici əməliyyatdan sonra belə əbədi olaraq qüsurlu qaldım”.

Nəticədə Linda ona bu hala salan şirkəti məhkəməyə verib. Model, əvvəlki kimi görünməməsinə baxmayaraq, evdən başını dik tutaraq çıxacağını vurğulayıb.

Qeyd edək ki, Evanqelista 1990-cı illərdə dünyanın ən böyük brendləri ilə əməkdaşlıq edib, bir çox kosmetik şirkətin siması olub, böyük moda evlərinin heç bir nümayişi onsuz keçməyib.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri