Okt
2021
07:04
80
124
7182
Virtual karabakh

Britni Spirsin gözlənilən toyunun təfərrüatları açıqlanıb - FOTO

5 Okt, 2021
07:04
7182

Britni Spirsin gözlənilən toyunun təfərrüatları açıqlanıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

39 yaşlı amerikalı müğənni Britni Spirsin və nişanlısı 27 yaşlı şəxsi məşqçisi Sem Əsgərinin yaxınlaşan toyunun detalları açıqlanıb.

Mətbuatda yayılan məlumatlara görə, mərasimin Havay adalarında keçirilməsi planlaşdırılır. Cütlük məhkəmə zamanı müğənniyə dəstək olan Madonna, Mayli Sayrus kimi məşhurları DA dəvət edəcək.

“Hazırda Britninin əsas prioriteti ərə getmək, uşaq sahibi olmaq, sosial həyatını qaydaya salmaq və bütün pullarının hara xərcləndiyini anlamaqdır. Gərgin bir dövr olacaq”, - deyə ifaçının yaxınlarından olan bir mənbə bildirib.

İfaçının yaxın gələcəkdə səhnəyə qayıtmağı planlaşdırmadığı, tam hüquqlu bir ailə yaratmaq istədiyi vurğulanıb.

Mənbə: “StarHit”

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri