Okt
2021
17:24
48
684
4654
Virtual karabakh

Məleykə Əsədova səhnəyə qayıtdı - AÇIQLAMA

7 Okt, 2021
17:24
4654

Məleykə Əsədova səhnəyə qayıtdı - AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“31 ildir ki, səhnədəyəm və karyeramda ilk dəfə idi ki, il yarım səhnədən uzaq qaldım”.

Bu sözləri Xalq artisti Məleykə Əsədova deyib.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktrisası səhnə üçün çox darıxdığını etiraf edib:

“Teatrların açılmağı bizi o qədər sevindirdi ki, sözlə ifadə edə bilmərəm. Bilirsiniz, yaradıcı insan həmişə işləməlidir, hər zaman səhnədə olmalıdır. 31 ildir ki, səhnədəyəm və karyeramda ilk dəfə idi ki, il yarım səhnədən uzaq qaldım. Buna baxmayaraq, həmin müddət ərzində yaradıcılığımı dayandırmamışam, çoxlu şeirlər, əsərlər hazırlamışam. Şeirlərim həddindən artıq çox oldu. İndi də teatrlar açılıb deyə sevincimin həddi-hüdudu yoxdur. Çünki teatr aktyorların ikinci evidir. Tamaşaçılar üçün darıxmışdım, əminəm ki, onlar da bizim üçün darıxıblar. Səhnə üçün, aktyor yoldaşlarım üçün burnumun ucu göynəyirdi. Artıq tam sürətlə məşqlərə başlamışıq, tezliklə tamaşaçıların qarşısında olacağıq. Hər kəsi teatrımıza gəlməyə dəvət edirəm. Hələ ki əvvəl oynadığımız tamaşaların məşqlərini edirik. İnşallah, bir müddət sonra yeni tamaşaların da məşqləri başlayacaq”.

Sənətçi səhnədən uzaq qalsa da, geri döndükdə çətinlik yaşamadığını bildirib:

“Təsəvvür edin, az qala 2 il olurdu ki, səhnədən uzaq idim, amma işə qayıdıb məşqə başlayanda qətiyyən çətinlik hiss etmədim. Mənim üçün adaptasiya problemi olmadı, əksinə, çox sevinclə işə başladım. Səhnəyə ruh yüksəkliyi ilə, daha enerjili qayıdacağıq. Hələ tamaşaçılarımızın alqışını gördükdən sonra daha ürəkdən çıxış edəcəyik, çox darıxmışıq”.

Mənbə: Yenisabah.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri