10 
Okt
2021
20:35
554
61
16884
Virtual karabakh

Sami Yusifdən Əməkdar artistlə bağlı paylaşım - FOTO

10 Okt, 2021
20:35
16884

Sami Yusifdən Əməkdar artistlə bağlı paylaşım - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünyaca məşhur müğənni Sami Yusif Əməkdar artist Təyyar Bayramovla bağlı paylaşım edib.

O bildirib ki, S.Yusif oktyabrın 22-si və 23-də Dubayda “Expo 2020”də verəcəyi konsertində xanəndənin də onunla birlikdə səhnəyə çıxacağını bildirib.

İfaçı qeyd edib ki, T.Bayramov solist kimi gecədə onu müşaiyət edəcək. O, həmçinin konsertdə muğam da səsləndirəcək.

“Muğam Azərbaycanın zəngin və mürəkkəb musiqi ənənəsidir. Təyyar Bayramov Azərbaycan Milli Konservatoriyasında tələbə ikən bu üslubda oxumağa başlayıb. Möhtəşəm istedadı və bacarığı ona Beynəlxalq Muğam Müsabiqəsində Qran Pri və Azərbaycan Prezidentinin sərəncamı ilə “Əməkdar artist” adı da daxil olmaqla bir çox mükafatlar qazandırıb. Bu gün uğurlu musiqi karyerası ilə yanaşı, Təyyar Bayramov həm də  konservatoriyanın professorudur”, - deyə Sami Yusif Təyyarla bağlı məlumatda yazıb.

 

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri