20 
Okt
2021
10:28
180
44
5803
Virtual karabakh

Şamil Süleymanov: “Flora Kərimova məni görən kimi için-için ağladı”

20 Okt, 2021
10:28
5803

Şamil Süleymanov: “Flora Kərimova məni görən kimi için-için ağladı”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“İnanıram ki, zəfərlə bağlı film də çəkiləcək. Nəinki film, hətta əsərlər, tamaşalar da olacaq”.

Bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti Şamil Süleymanov deyib. Aktyor belə bir ssenaridə rol almağı və qalib Azərbaycan əsgərinin rolunu oynayacağı arzu etdiyini bildirib:

“Mən bu rolu canla-başla oynayaram. Vaxt vardı, bir-birimizə bayramları Şuşada keçirməyi arzu edirdik. İndi görün, bir ildə Şuşada neçə bayram keçirmişik. “Vaqif günləri”, “Xarı bülbül” festivalı, “Musiqi günü” və s. Nə kino, nə film? Mən Cıdır düzünə girəndə gözümə ilk dəyən Flora Kərimova oldu, məni görən kimi için-için ağladı. Getdim onu qucaqladım. Çünki həmişə deyirdik ki, vaxt gələcək, Şuşada görüşəcəyik. Flora xanım da dərhal “Cıdır düzündə” deyirdi. Şuşada xan qızı su çəkdirmişdi, hamı vedrələrlə su aparırdı evinə. İndi hansı “krant”ı açırsan, su gəlir. Vandallar dağıdıb-töküblər, nələr eləyiblər. Belə şeyləri ancaq filmlərdə görürsən. Bir yandan da baxırsan ki, komanda tikə-tikə gəlir. Bir tərəfdən 30 ildir evindən didərgin düşən Şuşa sakini heç evinin uçurulmasını gözünün qarşısına gətirmir. Gedib evinin divarlarını qucaqlayır ki, gəlmişəm, buradayam və yenə tikəcəyəm”. 

Şamil Süleymanov qələbənin üstündən bir il keçməsinə baxmayaraq, hələ də həmin əhvali-ruhiyyədə olduğunu və onun sevincini yaşadığını dilə gətirib:

“Şuşa, sən azadsan!” sözü dillər əzbəridir, əsgərləri çox istəyirik, yolda bir əsgər görəndə onu qucaqlayıram, bağrıma basıram. İnanıram ki, bütün xalq belədir”.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri