22 
Okt
2021
06:29
29
125
4459
Virtual karabakh

Peris Hilton xüsusi mərkəzdə başına gələn zorakılıqdan danışdı - FOTO/VİDEO

22 Okt, 2021
06:29
4459

Peris Hilton xüsusi mərkəzdə başına gələn zorakılıqdan danışdı - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Amerikalı model, aktrisa və müğənni Peris Hilton çətin yeniyetmələrin müalicəsi üçün xüsusi mərkəzdə olarkən psixoloji və fiziki zorakılığa məruz qaldığını bildirib. Bu barədə o,  “Good Morning America” proqramının efirində danışıb.

Hiltonun sözlərinə görə, davranışından məmnun olmayan valideynləri onu bu yönlü bir neçə mərkəzə yollayıb.

“Yeniyetməlik dövründə göndərildiyim dörd yerin hamısında işçilərin fiziki və psixoloji zorakılığına məruz qalmışam: Məni boğur, şillələyir, kişi işçilər məni duş qəbul edərkən izləyir, yatmağa qoymurdular. Diaqnozsuz dərman qəbuluna məcbur edilirdim. Yutada mərkəzlərin birində təkadamlıq otağa salınmışdım, orada divarlar cırmaq izləri və qan ləkələri ilə dolu idi”, - deyə o, əlavə edib.

“Bu həyatımın ən ağrılı və travmatik təcrübəsi idi”, - deyən aktrisa, uşaqlara qarşı bu cür zorakı müalicələrin hələ də davam etdiyini bildiyi üçün gecələr yata bilmədiyini deyib.

Bununla əlaqədar olaraq, o, ABŞ Prezidenti Co Bayden və ABŞ Konqresini qrup mərkəzlərində gənclər üçün federal qanun layihəsi qəbul etməyə çağırıb.

Onun sözlərinə görə, hazırda belə mərkəzdə 120 mindən çox yeniyetmə saxlanılır.

“Bu cür müəssisələrə yerləşdirilən hər bir uşağın, təhdid olunmadan və praktiki olaraq təkadamlıq kameralarda qalmadan, təhlükəsiz və humanist bir mühitdə yaşamaq hüququ olmalıdır”, - deyə Hilton bildirib.

Mənbə: Lenta.ru

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri