Noy
2021
15:36
188
23
3908
Virtual karabakh

Federasiya prezidenti Bakıda ad gününü dünya şöhrətli müğənni ilə qeyd etdi - FOTO/VİDEO

8 Noy, 2021
15:36
3908

Federasiya prezidenti Bakıda ad gününü dünya şöhrətli müğənni ilə qeyd etdi - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Beynəlxalq Cüdo Federasiyasının (IJF) prezidenti Marius Vizer ad gününü Bakıda qeyd edib.

Oxu.Az-ın xəbərinə görə, rumıniyalı mütəxəssis və biznesmen 63 yaşını dünən Bakıdakı hotellərdən birində keçirib.

Ad günündə onun şəxsən dəvət etdiyi yaxın dostu, dünya şöhrətli italyan müğənni Al Bano (Albano Karrizi) da iştirak edib.

Marius Vizer ad günü tortunu “Feliçita” mahnısı ilə dünyada populyarlıq qazanmış 78 yaşlı müğənni ilə birlikdə kəsib.

Qeyd edək ki, Al Bano dünən Bakıda keçirilmiş cüdo üzrə “Böyük Dəbilqə”nin mükafatlandırılmasında da iştirak edib. O, 90 kq çəki dərəcəsində gümüş medal qazanmış Məmmədəli Mehdiyevi mükafatlandırıb.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri