23 
Noy
2021
12:38
53
258
5789
Virtual karabakh

Səməd Səmədovun həyat yoldaşı: “Bütün günü onun mahnılarına qulaq asıram” - VİDEO

23 Noy, 2021
12:38
5789

Səməd Səmədovun həyat yoldaşı: “Bütün günü onun mahnılarına qulaq asıram” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mərhum Xalq artisti Səməd Səmədovun həyat yoldaşı İradə Qasımova onun ölümündən və birlikdə keçirdikləri günlərdən danışıb.

Xəzər TV-də yayımlanan “Təsir dairəsi” verilişinin qonağı olan İ.Qasımova bu il çox itkisi olduğunu qeyd edib: 

“Birinci baldız, sonra bacım, ən yaxın dostum getdi. Səməd nöqtəni qoydu, məni lap yandırdı. Səməd getdi... Çox yaxın adamlarımı itirdim. Səmədlə 45 ildir biz bir yerdə idik. Bu ərəfədə atam, anam, qardaşım və bacım idi”.

Veriliş zamanı o, Xalq artisti ilə xatirələrini yad edib:

“Səməd sağ olanda onun mahnılarına qulaq asanda “nə olub e qulaq asırsan, ölmüşəm bəyəm?” deyərdi. İndi bütün günü onun mahnılarına qulaq asıram, onunla danışıram amma cavab yoxdu...”

Qeyd edək ki, S.Səmədov iyulda koronovirusdan dünyasını dəyişib.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri