26 
Noy
2021
10:44
526
68
8745
Virtual karabakh

Səyyad Əlizadənin oğlu: “Atamın dostları etibarsız çıxdı”

26 Noy, 2021
10:44
8745

Səyyad Əlizadənin oğlu: “Atamın dostları etibarsız çıxdı”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Vəziyyətimiz yaxşıdır, amma mənəvi olaraq bizə atasız çox çətin olacaq”.

Bunu Qaynarinfo-ya açıqlamasında mərhum sənətkar Səyyad Əlizadənin oğlu Atabəy Əlizadə atası haqqında danışarkən deyib. Sənətçinin oğlu atasının bəzi dostlarından gileylənib:

“Atam 2016-cı ildə ürəyindən əməliyyat olundu. Xəstəxanadan çıxandan sonra televiziya verilişlərinin birinə verdiyi müsahibəsində dostları ilə bağlı sualları cavablandırarkən demişdi:

“Beynimdə bir beyt yaranıb, bu, sonda şeir olacaq... 
Ürəkləri daş, dəmir dostlarım, 
Əzəldən saxtaymışsınız, saxta dostlarım...
İnsan müəyyən çətinliyə düşəndə çox şeylər üzə çıxır, kimin kim olduğunu daha yaxşı bilirsən”.

Doğrudan da atam düz deyirdi, bu çıxışı gördüm və onun profilində paylaşdım. Atamın dostlarının bəziləri etibarsız çıxdı. Atam həyatda yoxdur, heç nəyi görmür, hər şey onların vicdanlarına qalıb. Əsas odur ki, atamın ən yaxın dostları var, gəlib-gedirlər”.

Qeyd edək ki, müğənni Səyyad Əlizadə sentyabrın 13-də  COVID-19 xəstəliyi ilə əlaqədar Zığda yerləşən modul tipli xəstəxanaya yerləşdirilib. Sentyabrın 17-də sənətçi Mərkəzi Gömrük Hospitalına köçürülüb. Həkimlərin səyinə baxmayaraq, Səyyad Əlizadə sentyabrın 30-da 63 yaşında vəfat edib.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri