29 
Noy
2021
13:08
28
168
4432
Virtual karabakh

Gülbahar Şükürlü: “Qarmona nifrət etdim” – VİDEO

ARB TV-nin “Onun Sirri” verilişinin növbəti qonağı Əməkdar artist Gülbahar Şükürlü olub.

Əməkdar artist, məşhur xanım müğənniyə görə qarmonunu parçalamaq istədiyini etiraf edib:

“Məni toyların birinə başqa bir müğənni ilə dəvət etmişdilər. O müğənni demişdi ki, mənim öz qarmon ifaçım var, amma toy sahibi xüsusi olaraq məni istəmişdi. Bu xanım sanki acığa düşmüşdü. 5-6 saatlıq toyda mənə gün verib, işıq vermədi. Özü ifa edirdi, mənə sıra gələndə mikrofonun səsini alırdı. Mən ifa edirdim, qarmonun səsi gəlmirdi. Çətin duruma saldı, küsdürdü məni, nifrət etdim qarmona. Toy bitdi, evə gəldim. Gözlədim hamı yatsın. Qarmonu masanın üstünə qoyub, getdim mətbəxə. Orada böyük bıçaq götürdüm. Niyyətim qarmonu parçalamaq idi. Bıçaq əlimdə mətbəxdən çıxanda anam məni gördü. Soruşdu ki , bu bıçaq nədir? Qarmonu görəndə başa düşdü. Mən olanları anama danışdım. Anam dedi ki, sənin hələ gələcəyin var. Mənə mane oldu. Həmin xanımdan çox qorxurdum. Hal-hazırda həyatda deyil, dünyasını dəyişib”.

 

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri