30 
Noy
2021
11:46
39
332
9937
Virtual karabakh

Polis aktrisanın avtomobilinə hücum etdiyi deyilən şəxsi tapdı: Bir manat pul istəyirmiş - VİDEO

30 Noy, 2021
11:46
9937

Polis aktrisanın avtomobilinə hücum etdiyi deyilən şəxsi tapdı: Bir manat pul istəyirmiş - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Aktrisa Nərgiz Əliyevanın yaydığı görüntülər polis tərəfindən araşdırılıb və müvafiq tədbir görülüb”.

Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov məlumat verib.

O bildirib ki, həmin şəxs müəyyən edilərək saxlanılıb.

Məlum olub ki, həmin şəxs, 1971-ci il təvəllüdlü Sedov Vadim Vyaçeslaloviçdir. O, əvvəllər oğurluğa görə məhkum olunub. V.Sedov polisə izahatında bildirib ki, 15 gün əvvəl, noyabrın 15-də həbsdən azadlığa buraxılıb və maşınlara yaxınlaşaraq sürücülərdən ona bir manat pul vermələrini xahiş edib.

İzahat verən şəxs bildirib ki, N.Əliyevanın idarə etdiyi avtomobilə yaxınlaşanda məqsədi ona qarşı hansısa xuliqanlıq hərəkət etmək olmayıb, o, yalnız pul istəyirmiş.

Həmin şəxsin əməlləri xırda xuliqanlıq kimi dəyərləndirilib və barəsində toplanmış materiallar məhkəməyə göndərilib.

Son qərarı məhkəmə verəcək.

Aqil Vəlili

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri