Dek
2021
07:58
13
133
2267
Virtual karabakh

Bredli Kuper bıçaqlı hücuma məruz qalmasından danışdı - FOTO

1 Dek, 2021
07:58
2267

Bredli Kuper bıçaqlı hücuma məruz qalmasından danışdı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Amerikalı aktyor Bredli Kuper bir dəfə bıçaqlı hücuma məruz qalıb. Bu barədə Hollivud ulduzu “Armchair Expert” podkast saytında danışıb.

Artistin sözlərinə görə hadisə Nyu-Yorkda baş verib. Həmin vaxt o, qızını bağçadan götürməyə yollanıbmış. Yollar tıxac olduğundan o, metroya düşmək qərarına gəlib, bu zaman günəş eynəyi, papaq və qulaqcıqda olan aktyor heç kimin onu tanımayacağına ümid edib. Lakin bu hərəkəti ona az qala həyatı bahasına başa gələcəkmiş.

Belə ki, o, stansiyaya düşəndə kiminsə arxadan ona yaxınlaşdığını hiss edib, düşünüb ki, yəqin kimsə onunla şəkil çəkdirmək istəyir. Lakin üzünü çevirəndə əlində bıçaq olan biri ilə üz-üzə dayandığını görür.

“Mən turniketin üstündən tullandım, metronun girişində foyenin arxasında gizləndim və telefonumu çıxardım. O, qaçırdı və mən onun şəklini çəkdim. Sonra onu pilləkənlərlə qovdum. O, 7-ci avenyudan aşağı qaçırdı, mən onun daha iki şəklini çəkdim”, – deyə Kuper olanları xatırlayıb.

Qovalama zamanı aktyor polislə qarşılaşıb. O, baş verənləri hüquq mühafizəçilərə danışmağa çalışsa da, polislərdən biri davamlı olaraq artistdən yaralanıb-yaralanmadığını soruşub. Məlum olub ki, o, bu sualı ona görə verib ki, zərərçəkənlər adətən sarsıntı keçirirlər və hər hansı xəsarət almış ola biləcəyini dərhal dərk etmirlər.

Kuperin sözlərinə görə, hadisədən sonra o, metroya qayıdıb və qızının ardınca uşaq bağçasına yollanıb.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri