Dek
2021
02:15
18
75
2537
Virtual karabakh

2021-ci ilin ən populyar aktyorları açıqlandı

3 Dek, 2021
02:15
2537

2021-ci ilin ən populyar aktyorları açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünyanın ən böyük kino məlumatları bazası IMDb 2021-ci ilin ən populyar aktyor və aktrisalarının siyahısını dərc edib.

Reytinqə ilin əvvəlində “VandaVijn” serialının yayımlanmasıyla daha da populyarlaşan Elizabet Olsen başçılıq edir.

İkinci yerdə “Bridcertonlar” serialının (2020 – bugünədək) ulduzu Rege-Jan Peyc qərarlaşıb.

İlk üçlüyü 2021-ci ildə “Marvel” istehsalı olan “Qara Dul” filminin iştirakçısı Florens Pyu qapayıb. Aktrisa casus Yelena Belova rolunu oynayıb.

Siyahıda sonrakı yerləri kubalı aktrisa Ana de Armas (“Ölməyə vaxt yoxdur”, 2021), “Qulluqçunun nağılı” teleserialında (2017 – bugünədək) baş rollardan birinin ifaçısı İvon Strahovski, aktrisa Anya Teylor-Coy (“Kraliça ilə gediş”, 2020), Aleksandra Daddario (“Qadınlar niyə öldürür”, 2019 - bugünədək), Kody Komer (“Yevanı öldürərkən”, 2018 - bugünədək), britaniyalı aktyor Ben Barnes (“Kölgə və sümük”, 2021) və Lili Ceyms (“Rebekka”, 2020) tutur.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri