Dek
2021
17:36
70
294
7345
Virtual karabakh

Tünzalə Vasifdən üzr istədi - VİDEO

3 Dek, 2021
17:36
7345

Tünzalə Vasifdən üzr istədi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xalq artisti Tünzalə Ağayeva Vasif Məhərrəmlidən üzr istəyib.

Bu barədə o, “Instagram” hesabının hekayə bölümündə paylaşım edib.

Belə ki, V.Məhərrəmli ilə çəkilən videoda T.Ağayeva Əməkdar artistin ünvanına “Sən oxuya bilmirsən” dediyinə görə ondan üzr istəyib:

“Vasif dəyərlidir, peşəkardır, sənət sahibidir. İnan ki, bu cümlənin sənin peşəkarlığına bir aidiyyəti yoxdur. Demək istəyirdim ki, Vasif caz sənlik deyil, qoy, oxuyum. Başa düşürəm hər şeyi, şou xəbərlərə öyrəşmişik. Amma istəmərəm ki, sənət dostlarıma sözlərimdən ziyan gəlsin. Vasif, yenə də üzr istəyirəm”, - deyə Tünzalə qeyd edib.

V. Məhərrəmli isə bildirib ki, o an Tünzalədən mikrofonu “Sən peşəkarsan, sənət budur” sözlərini demək üçün almaq istəyib. 

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri