Dek
2021
16:04
219
82
10082
Virtual karabakh

Nadirdən oğlunun toyu ilə bağlı qadağa

6 Dek, 2021
16:04
10082

Nadirdən oğlunun toyu ilə bağlı qadağa

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Media çəkilişinə icazə verilməyəcək. Bu mənim yox, oğlumun toyudur. Mənim üçün bu problem deyil. Amma övladım istəmir. Nə edə bilərəm?”

Bu sözləri Axşam.az-a açıqlamasında müğənni Nadir Qafarzadə deyib. Sənətçi dekabrın 20-də oğlu Loğmana şəhər restoranlarından birində toy etməyə hazırlaşır. O bildirib ki, gecədə media çəkilişinə icazə verilməyəcək.

Nadir eyni zamanda oğluna özəl gündə edəcəyi hədiyyələrdən söz açıb:

“Toy bitəndən sonra övladım və xanımı öz evlərinə gedəcəklər. Mənimlə birlikdə yaşamayacaqlar. Rahat yaşasınlar, özləri istədikləri kimi müstəqil. Oğluma təhsil vermişəm, maşını, evi var. Bal ayına da göndərəcəyəm. Ona bundan artıq nə hədiyyə edim? Onsuz hədiyyə hər zaman olub və olacaq da”.

Nadir toy xərclərindən də danışıb:

“Məşhurluğumdan istifadə etməyəcəyəm. Heç vaxt nəyisə reklam qarşılığında etmirəm. İlk övladımdır, bunu etmərəm. Düzdür, hörmət edirlər, endirimlər olur. Amma hər şeyi ürəyimcə edəcəyəm. Valideyn illərlə çalışır ki, övladı sağlam böyütsün. İllərlə toplayırsan, çamadanı açırsan ki, toyda xərcləyirsən. Bu gün o gündür. Gücüm nəyə çatırsa, onu edəcəyəm. Yığdığımı toyda da xərcləməsəm, nə zaman xərcləyəcəyəm? Hər bir valideyn bu xoş gündən yaşasın”.

Qeyd edək ki, Loğman və Əntiqənin nişanı bir neçə həftə əvvəl baş tutub.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri