Dek
2021
16:36
103
327
13484
Virtual karabakh

Meyxanaçının oğlu Nazilə Səfərliyə od püskürdü: “Məqsədi reytinq tutmaqdır” - VİDEO

6 Dek, 2021
16:36
13484

Meyxanaçının oğlu Nazilə Səfərliyə od püskürdü: “Məqsədi reytinq tutmaqdır” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Meyxanaçı Ağakərimi ziyarətə gedən şair Nazilə Səfərli evə buraxılmayıb. Buna baxmayaraq, şair qapının qarşısında video çəkərək öz şəxsi səhifəsində paylaşıb.

Meyxana ustadı Ağakərimin oğlu Kamil Novruzov Oxu.Az-a açıqlamasında bildirib ki, N.Səfərlinin gəlməsindən öncədən xəbəri olmadığı üçün onun üzünə qapı açan olmayıb: 

“Düşünürəm ki, öncədən xəbər olunmalıdı. Ona görə ki, mən iş adamıyam, işləyirəm. Burada belə bir şey var ki, evdə kişi olmadığından evə heç kim buraxılmır. Xəbərsiz gəlmələrini niyə istəmirəm? Çünki hamı bir-birinin evinə gedəndə xəbər edib gedir. Onun xəstəyə heç bir aidiyyəti yoxdur. Xəstə yanına gələndə çəkilişlə gəlmirlər. Xəstə yanına gələn Allaha xatir gəlir”. 

Kamil qeyd edib ki, Nazilə Səfərli onların evinə gələn zaman evdə olmayıb: 

“Həmin vaxt evdə deyildim. Nazilə Səfərli gəlib qohumumuzun mağazasından mənə zəng elətdirib, mən də evdə olmayacağımı bildirdim və dedim ki, gəlməmişdən öncə xəbər etsinlər. Mən Nazilə Səfərlinin bu addımını qara piar adlandırıram. Onların məqsədi reytinq tutmaqdır”. 

Xatırladaq ki, şair Nazirlə Səfərli meyxanaçının evinə gələrək oradan video çəkib və bildirib ki, meyxanaçının ailəsi heç kimə qapı açmır. O, buna da etirazını bildirib. 

Elyar Sadıqov

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri