Dek
2021
17:44
37
381
7889
Virtual karabakh

İbrahim Borçalının yoldaşı: “Oğlumu üç gün dəfn etməyə qoymadım” - VİDEO

7 Dek, 2021
17:44
7889

İbrahim Borçalının yoldaşı: “Oğlumu üç gün dəfn etməyə qoymadım” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müğənni İbrahim Borçalının həyat yoldaşı Zöhrə Həsənova avtomobil qəzasında həyatını itirən oğulları Rəhim Həsənov haqda danışıb.

ARB-də yayımlanan “O üz” verilişinə müsahibə verən ana oğlunun vəfatından sonra onu üç gün dəfn etməyə icazə vermədiyini etiraf edib:

“Dua edirdim ki, ölüm. Sonra zaman keçdikcə düşündüm ki, mən yoxamsa, Rəhim də yoxdur. Mən yaşamalıyam ki, Rəhimi yaşadım. Bir gün mənə dedi ki, ana, elə düşünürəm ki, mən tez öləcəyəm. Məndə Rəhim doğulandan bir qorxu hissi var idi. Elə bilirdim ki, Rəhimə nəsə olacaq və o xəbər səhər gələcək. Bir xüsusiyyəti var idi, həmişə tələsirdi. Avqustun 17-si 21 yaşı tamam olurdu. Tortu götürüb yanına getdim, 21 rəqəmli şamın biri yanmadı. 2-ni yandırdıq, şamın 1-i yanmadı. Yarım saat çalışdıq ki, yansın amma yanmadı. Dedim yəqin hər zaman tələsdiyin yarım qalmış həyatındır sənin. Rəhimi üç gün dəfn etməyə qoymadım. Yola salan gün dedim ki, mənə bir işarə ver ki, səni görə bilim. İnanırsız, bir balaca kəpənək gəldi və uçmağa başladı. O mənə mesaj göndərdi ki, məni görür. O gündən evdən kəpənək əskik olmur”.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri