Dek
2021
16:32
35
231
6255
Virtual karabakh

Brilliant Dadaşova: “Aparacağıq polisə, yalvaracaq” - VİDEO

“Mənim şəklimi qoyub pis bir şey yazanda 20-30 min baxış gəlir”.

Bunu Xalq artisti Brilliant Dadaşova ATV-də yayımlanan “Günün sədası” verilişində deyib.

O, sosial şəbəkələrdə ünvanına yazılan tənqidlərdən danışıb:

“Ona görə deyirəm ki, yaxşının qəlbindəyik, pisin həmişə yaddaşındayıq. Mən onların çoxunun yaşayış tərzini görmüşəm. Bilirəm ki, mənim şəklimi qoyub pis bir şey yazanda 20-30 min baxış, mənim ünvanıma 300 pis söz gəlir. Onu bilməlidirlər ki, Allahın qapazı mütləq onlara dəyəcək”.

Xalq artistinin sözlərinə görə, o, ünvanına pis sözlər yazan sosial şəbəkə istifadəçilərindən hüquq-mühafizə orqanlarına şikayət etmir:

“Vəkilimə deyirəm ki, lazım deyil. Aparacağıq polisə, yalvaracaq. Sonra nənəsi gələcək, ağlayacaq. Mən onsuz da onu bağışlayacağam. Amma bizim vaxtımız gedəcək. Çünki bir-iki dəfə olub. Ana gəlir, nənə gəlir, ağlayırlar, onsuz da bağışlayırsan”.

Dadaşova, həmçinin digər həmkarlarının onun ünvanına söz atdıqlarını deyib:

“Bilirlər ki, cavab verməyəcəyəm. Haqqımda yalandan fikir formalaşdırırlar. Biri bu yaxınlarda yazıb ki, qaçırdım Brilliantın qabağına salam verirdim... Belə şey heç vaxt olmayıb. Sadəcə o adam eşidib ki, mən həmişə demişəm ki, İlhamə Quliyevanı sevirdim, qabağına qaçırdım, o məni saymırdı. İndi bunu götürüb mənə edir. Salam Allahın adıdır. Mənim qabağıma heç tanımadığım bir adam qaçsa, heç vaxt ola bilməz ki, salamı almayım. Elə adamlar var ki, onların mənə salam verməyindən qorxuram. Mənim atmosferimdə olmasınlar, bilirəm ki, pislik edən adamlardır”.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri