Dek
2021
06:41
52
130
7095
Virtual karabakh

Nikol Kidman qalmaqallı filmin təqdimatında göz qamaşdırdı - FOTO

9 Dek, 2021
06:41
7095

Nikol Kidman qalmaqallı filmin təqdimatında göz qamaşdırdı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Aaron Sorkinin Hollivudun məşhur cütlüyü Lüsill Boll və Desi Arnasın hekayəsindən bəhs edən “Rikardo olmaq” (“Being the Ricardos”) adlı yeni filmi bir neçə gün sonra ekranlara çıxacaq. Bu müddətdə isə aparıcı aktyorlar Nikol Kidman və Xavyer Bardem filmi ABŞ-da təqdim etməyə davam edirlər.

Los-Ancelesdə keçirilən təqdimatda avstraliyalı aktrisa görünüşü ilə pərəstişkarlarını heyran qoyub. Artıq bir çox moda tənqidçiləri tərəfindən o, ilin ən yaxşılarından biri seçilib.

Qeyd edək ki, “Oskar” mükafatı laureatı Aaron Sorkin filmin ssenarisini 2015-ci ildə yazıb. O, ilk olaraq baş rolu Keyt Blanşettə təklif edib. Aktrisa bundan imtina etdikdə isə Sorkin Kidmanı dəvət edib. Ancaq onun bu seçimi birmənalı qarşılanmayıb; Lüsill Boll pərəstişkarları rejissorun seçimini tənqid edib. Nikol etiraf edib ki, onun üçün tənqidlərə dözmək çətin idi və ilk tanıtım materialları ortaya çıxanda belə dayanmayan hücumlar fonunda işləmək onun üçün çox ağır olub.

Yeri gəlmişkən, Lusill Bollun və Desi Arnasın qızı Lüci tənqidlərə qarşı çıxıb və Sorkinin Kidman seçimini dəstəkləyib.

Bundan əlavə, kino tənqidçilərinin Nikolun yaradıcılığına dair ilk rəyləri son dərəcə müsbətdir, bəziləri hətta bu rola görə aktrisanın “Oskar” mükafatına namizəd ola biləcəyini deyirlər.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri