Dek
2021
17:02
158
331
6712
Virtual karabakh

Azərbaycan əsilli gənc müğənni Ukrayna şou-biznesini fəth edir – FOTO/VİDEO

9 Dek, 2021
17:02
6712

Azərbaycan əsilli gənc müğənni Ukrayna şou-biznesini fəth edir – FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əslən Azərbaycandan olan gənc ukraynalı ifaçı Lana Tiqrana “Dəli olma” adlı yeni mahnısı ilə şou-biznes aləmində rezonans yaradıb.

Əsl adı Ruslana Akif qızı Nəsibova olan ifaçı Lana Tiqrana təxəllüsünü öz yaradıcılığında istifadə edir.

Lana Ukraynada şərq rəqslərinin öyrədilməsi ilə məşğul olur, uşaqlar və böyüklər üçün möhtəşəm bayramlar təşkil edir.

Müğənni musiqi təhsili aldığından bütün mahnılarını özü yazır. O, 2017-ci ildə Avstriyada Vyana Balının kraliçası titulunu alıb.

Lana eyni zamanda Ukraynada keçirilən Şərq Rəqsi Yarışmasının və ölkənin bir sıra məşhur telelayihələrinin qalibi olub.

Qeyd edək ki, sənətçinin atası azərbaycanlıdır.

Lana özünün musiqi layihəsinə üç il əvvəl başlayıb. Hazırda bu layihənin direktoru əslən azərbaycanlı olan Kiyevdə yaşayan tanınmış prodüser İdris Cəfərovdur.

Lana “Şərq” və “Şəfəq” adlı iki klip ərsəyə gətirib. Bundan başqa sənətçi vətənpərvər mövzuda “Azərbaycan” adlı mahnı da bəstələyib.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri