17 
Dek
2021
12:02
89
290
5032
Virtual karabakh

Aygün Kazımova yeni albomu ilə bir ilkə imza atdı - FOTO

17 Dek, 2021
12:02
5032

Aygün Kazımova yeni albomu ilə bir ilkə imza atdı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xalq artisti Aygün Kazımova yeni “Я в Нирване” adlı rus dilli albomunu elektron platformalarda təqdim edib. 

Alboma Kazımovanın “Nirvana”, “Oderjima”, “Tarantino” kimi yeni mahnıları daxildir. Bununla yanaşı müğənninin bundan əvvəl sinql kimi işıq üzü görən Xalq artisti Emin Ağalarovla oxuduğu “Azərbaycan”, Filip Kirkorovla olan dueti “Jan Azərbaycan!” da albomda yer alıb. 

Məşhur “Sus” mahnısının rus dilində olan və “Pust” adlı versiyası da alboma daxil edilib. Pop ulduzun yeni albomu üzərində beynəlxalq komanda çalışıb - azərbaycanlı musiqiçilərlə birlikdə rus və gürcü müəlliflər cəlb olunub, bəzi treklər yazılaraq xaricdə aranjiman edilib. Altı trekdən ibarət diskin buraxılışı “SS-production” şirkətinin himayəsi altında “BEAT Music” etiketində baş tutub. “Я в Нирване” Azərbaycanda innovativ Dolby Atmos səs formatında səslənən ilk albomdur.

“BEAT Music”in prodüseri Rüstəm Rzayevin sözlərinə görə, o, Azərbaycanda əvvəllər buraxılan musiqilərdən əsaslı şəkildə fərqli, tamamilə yeni səsə malikdir.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri