22 
Dek
2021
17:52
94
334
2737
Virtual karabakh

Flora Kərimovadan müğənnilərə: “Bəzənib gedirlər şəhid ailələriylə görüşə” - VİDEO

22 Dek, 2021
17:52
2737

Flora Kərimovadan müğənnilərə: “Bəzənib gedirlər şəhid ailələriylə görüşə” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Müğənnilərdən bir xahişim var: Yalvarıram sizə, şəhid anaları, xanımları ilə görüşəndə bəzəkli-düzəkli getməyin. Bu yaxınlarda məni dəvət etdilər. Müğənnilər çox dəbdəbəli gəldilər”.

Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Flora Kərimova müğənni Niyam Salami ilə söhbətində deyib.

Müğənni sənət adamlarına səslənib. O bildirib ki, şəhid anaları, övladları ilə görüşə gedənlər çox bəzənirlər:

“Şəhid anası ağappaq saçla oturub. Onun yanında yeddiqatdan çıxmış müğənni... Müğənni hiss etmir ki, o, ananın gözündə yaş, üsyan var. Nə olar bəzənməyin! Çünki o xanımın, ananın, ağbirçəyin gözündə həsrəti görürsünüz, hiss etmirsiniz? Onun həyat yoldaşı, övladı, nəvəsi torpağın övladıdır, bizə görə canını verib. Siz bərli-bəzəkli gələndə... Qadının səliqə boynuna biçilib, amma...”.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri