25 
Dek
2021
01:48
5
119
2780
Virtual karabakh

Alek Bolduin faciədən sonrakı həyatı haqqında danışdı - VİDEO

25 Dek, 2021
01:48
2780

Alek Bolduin faciədən sonrakı həyatı haqqında danışdı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Rust” (Pas) filminin çəkiliş meydançasındakı faciədən iki ay sonra 63 yaşlı aktyor Alek Bolduin hazırki həyatı haqqında danışıb.

O, müvafiq videonu “Instagram”da yerləşdirib.

Videoda aktyorun depressiyaya düşdüyü və yorğun olduğu görünür. O, pərəstişkarlarını qarşıdan gələn bayramlar münasibətilə təbrik edib, çətin dövrdə ondan üz döndərməyən hər kəsə təşəkkür edib.

“Bu fürsətdən istifadə edib mənə gözəl sözlər, ən xoş arzular və düşüncələrini çatdıran, mənim üçün dua edən bütün insanlara təşəkkür etmək istəyirəm. Dostlarımdan, qohumlarımdan, həmkarlarımdan və digər insanlardan yüzlərlə məktub almışam. Onlara çox minnətdaram. “Instagram”da çoxları şərh yazır və bu çətin vəziyyətdə mənə çox dəstək olurlar”, - deyə aktyor bildirib.

Aktyorun sözlərinə görə, elə bir gün olmur ki, o, operator Qalina Hatçinsin ölümü haqda düşünməsin.

“Onu unuda bilmirəm. O, çox faciəvi şəkildə öldü. İnanın, bu an mənim üçün izsiz ötüşmədi - mən daim bu barədə düşünürəm. Düzünü desəm, indi ən çətin dövrü yaşayıram”, - Bolduin etiraf edib.

O əlavə edib ki, həyat yoldaşı və altı övladı ona ağrının öhdəsindən gəlməyə kömək edir.

“İndi məni narahat edən yeganə şey həyat yoldaşım və uşaqlarımdır. İstədiyim tək şey həyatımın davam etməsidir. Çətin dövrdən, çox çətin dövrdən keçməyə çalışıram”, - deyə ulduz bildirib.

Xatırladaq ki, oktyabrın 21-də Nyu-Meksiko ştatındakı rançoda “Rust” (Pas) filminin səhnələrindən birinin çəkilişi zamanı Bolduin əsl güllə ilə doldurulmuş tapançadan atəş açaraq operator Qalina Hatçinsi və rejissor Coel Sousanı yaralayıb.

Nəticədə Qalina aldığı xəsarətlərdən ölüb, Coel isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Daha sonra ABC telekanalına müsahibə verən aktyor revolverin tətiyini çəkmədiyini və onun sözlərinə görə, atışmanın kortəbii baş verdiyini bəyan edib.

 

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri