Yan
2022
12:13
47
291
9588
Virtual karabakh

Röyadan kədərləndirən paylaşım - VİDEO

4 Yan, 2022
12:13
9588

Röyadan kədərləndirən paylaşım - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xalq artisti Röya Ayxan sosial şəbəkə hesabında mərhum bəstəkar Nailə Mirməmmədli ilə bağlı paylaşım edib.

Müğənni Nailə Mirməmmədlinin görüntülərini paylaşaraq onun yoxluğunu həyatındakı böyük boşluq adlandırıb:

“Mənim həyatımda böyük rolu olan ailəm, Nailə xanım... Bilirəm, yenə də yanımdasan. Axı sən sağ ikən Hikmət müəllimin ruhunun bizi izlədiyini deyirdin. İnandırmışdın. İndi ikinizin bir arada olduğuna inanıram. Ölümündən sabah bir il ötür. Dediyin kimi, kəpənəklər qovuşdu.

Arzuların reallaşır. Sənin ad günündə, 23 mayda Heydər Əliyev Sarayında böyük orkestr ilə yaradıcılıq gecəni keçirəcəyik. Əlbəttə, o gün Hikmət müəllimin mahnıları da orada oxunacaq. Sizi ayırmaq olarmı?

Həyat sizsiz davam edir... Sizin yoxluğunuz, həyatımda yaranan boşluq çox hiss olunur. Ruhunuz şad olsun.

Səni sevirəm, gözəl qadın”.

Xatırladaq ki, Nailə Mirməmmədli ötən ilin yanvarın 4-də vəfat edib.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by Röya (@royaofficial)

 

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri