Yan
2022
14:28
123
110
3841
Virtual karabakh

Rumıniyanın “Evrovision 2022” təmsçilçiliyinə real namizədin prodüsseri azərbaycanlıdır - FOTO/VİDEO

6 Yan, 2022
14:28
3841

Rumıniyanın “Evrovision 2022” təmsçilçiliyinə real namizədin prodüsseri azərbaycanlıdır - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu il Rumıniyanı “Eurovision-2022” mahnı müsabiqəsində təmsil etmək üçün real namizəd sayılan müğənni Seyaya azərbaycanlı prodüserlik edəcək.

Oxu.Az xəbər verir ki, rumıniyalı müğənninin prodüseri tanınmış azərbaycanlı prodüser, hazırda Ukraynada yaşayan İdris Cəfərovdur.

İ.Cəfərov bildirib ki, müğənni “Save me” (“Məni qoru”) mahnısı ilə çıxış edir:

“Seya mahnısı ilə kifayət qədər populyarlıq qazanıb və Rumıniyanı təmsil edəcək real namizəddir. Azərbaycanda baxış sayına görə rekord vuran “Chokolata” mahnısı ilə populyar olan Seya daima Xocalı soyqırımına ədalət çağırışı ilə də Avropada diqqət çəkib. Avropada kifayət qədər tanınan sənətçi 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı ictimai fəallığı ilə Azərbaycana aktiv dəstəyilə də tanınıb”.

Qeyd edək ki, “Eurovision-2022” mahnı müsabiqəsi bu il İtaliyada keçiriləcək.

Xatırladaq ki, 2014-cü ildən Ukraynada yaşayan İdris Cəfərov Azərbaycanda bir çox telelayihələrin müəllifi olub, tanınmış musiqiçilərlə çalışıb. O, hazırda Şərqi Avropa ölkələrinin bir sıra musiqiçiləri ilə birgə layihələr həyata keçirir.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri