Yan
2022
15:40
20
133
7885
Virtual karabakh

Ebru Gündeşin qızını gizlətməsinin səbəbi məlum oldu - FOTO/VİDEO

6 Yan, 2022
15:40
7885

Ebru Gündeşin qızını gizlətməsinin səbəbi məlum oldu - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2021-ci ildə Reza Zərrabdan boşanan Türkiyənin məşhur müğənnisi Ebru Gündəş qızını mediadan gizlətmək cəhdi ilə yenidən gündəmə gəlib.

“Haber Global”ın məlumatına görə, bu məsələdə Reza Zərrab təfərrüatı xüsusi diqqət çəkib.

Məlumata görə, Yeni ili Kiprdə səhnədə qarşılayan Ebru Gündeş 2022-ci ilə girdikdən qısa müddət sonra qızı Alaranın yanına gedib, onun alnından öpüb və yenidən mahnısını oxumağa davam edib.

Tamaşaçılar bu vaxt uşağın görüntülərini çəkiblər. Türkiyəli ifaçı isə qızının şəklini paylaşanlara əsəbiləşib.

Ebru Gündəşin reaksiyasını həmkarı Seren Serengil şərh edib.

Onun sözlərinə görə, ifaçının qızı ilə bağlı bu həssaslığı Reza Zərrabla bağlıdır.

“Ebrunun bu cür davranmağının səbəbi, övladının atası R.Zərrabın düşmənlərinin uşağa pislik etməsindən çəkinməsi ola bilər. O, haqlıdır. Bu haqda mən də eşitmişəm: O, harasa gedəndə Alaranın görünməsini istəmir”, - deyə Serengil fikirlərini bölüşüb.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri