12 
Yan
2022
13:32
253
39
2935
Virtual karabakh

Samirə susqunluğunu pozdu: “Şou üçün yaranmamışam” - VİDEO

Bir zamanların ən gözəl səsi və müasir janrın ən yaxşı nümayəndəsi olan müğənni Samirə Əli-Məryəm (Allahverdi) uzun zamandır niyə görünmədiyinin səbəbini açıqlayıb.

ARB-yə danışan müğənni Azərbaycanda yaşadığını və hər şeyin yaxşı olduğunu qeyd edib.

Samirə şou üçün yaranmadığını, sənət anlayışının artıq dəyişdiyini və əvvəlki kimi olmadığını deyib:

“Şou məni dəyişmədi. Mən müəllimlərimə, musiqini sevən insanlara vəfalı qalmışam”, - deyə müğənni bildirib.

Samirə sonda 2022-ci ildə yeni mahnılar yazdıracağını, həmin mahnılarla dinləyicilərin qarşısına çıxacağını qeyd edib.

Daha ətraflı süjetdə:

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri