15 
Yan
2022
17:18
136
322
4918
Virtual karabakh

Elza Seyidcahan xəyanətlə bağlı fikirlərinə aydınlıq gətirdi: “Ərlərinin nazı ilə oynamaq əvəzinə...”

15 Yan, 2022
17:18
4918

Elza Seyidcahan xəyanətlə bağlı fikirlərinə aydınlıq gətirdi: “Ərlərinin nazı ilə oynamaq əvəzinə...”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əməkdar artist Elza Seyidcahan “Qadınların borcudur ki, hər zaman ərlərinin xəyanətini bağışlasınlar” ifadəsinə aydınlıq gətirib.

Axsam.az xəbər verir ki, müğənni “Elgizlə izlə” proqramında bu haqda danışıb.

“Xəyanət” terminini özümüzdən uydurmuşuq. Bu günlərdə bir cavan xanımdan soruşuram ki, ailəlisən? Saç ustası deyir ki, boşanmışam. Deyirəm niyə? Cavab verir ki, xəyanət edib. Özü də biri deyir ki, əmim oğludur, o biri deyir ki, xalam oğludur... Əri də uşaqlara baxmır, yenidən evlənib. Öz əli ilə ərini əldən buraxıb. Qız da indi peşman olub, çünki oğlanın artıq ailəsi var. Qız ərinin telefonunda mesajını tutub.

Elə qadınlar görmüşəm ki, həyat yoldaşlarının başqa yerdə övladı var, ona deyirlər belədir, ancaq keçir. Ağıllı olmayıb nə edəcəksən ki, nə qazanacaqsan? Baxır necə xəyanətdir. Bəzi şeylər var ki, onu da demək istəmirəm. Qadın öz zəifliyini ortaya çıxarır. Xanımın övladları dünyaya gələndən sonra həyat yoldaşları uşaqlarının atası olur. Qadınlar ərlərinin nazı ilə oynamaq əvəzinə onlara əmr verirlər. Deyirlər, borcundur”.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri