19 
Yan
2022
04:45
37
156
10265
Virtual karabakh

Məşhur müğənnidən gözlənilməz hərəkət - FOTO

19 Yan, 2022
04:45
10265

Məşhur müğənnidən gözlənilməz hərəkət - FOTO

Bir ildir sevgili olan türkiyəli aktrisa Demet Özdemir və müğənni Oğuzhan Koç bir müddət əvvəl münasibətlərinə son qoyub. Dəfələrlə ayrılıq xəbərləri ilə gündəmə gələn cütlük yaxınlarına “Bu dəfə dəqiq bitdi, geriyə dönüş yoxdur” deyiblər.

Oğuzhan Qoç ötən gecə İstanbulun Sarıyer bölgəsində bir məkanda olub. Qapıda jurnalistlərin olduğunu öyrənən müğənni filmlərdə olduğu kimi qaçış planı qurub.

O, Demet Özdemirlə münasibəti ilə bağlı sualları cavablandırmamaq üçün avtomobilini həmin məkanın dayanacağına tam yaxınlaşdırıb və foto çəkilməsin deyə dayanacaq girişinin işıqlarının söndürülməsini istəyib.

Bu zaman avtomobilin arxa hissəsi binaya çırpılıb. Oğuzhan Koç və dostu Çağrı Telkıvıran sürətlə maşınlarına minərək uzaqlaşıblar.

Oğuzhan Koçun evlənməkdən imtina etməsi Demet Özdemirlə münasibətlərin bitməsinə səbəb kimi göstərilir.

Cütlük sosial şəbəkələrdəki birgə fotolarını silməklə ayrılıq iddialarını təsdiqləyiblər.

Aktrisa sosial şəbəkədə Oğuzhan Koçu izləmədən çıxarıb. Maraqlıdır ki, məşhur müğənni hələ də “Instagram”da keçmiş sevgisini izləməyə davam edir.

Mənbə: A Haber

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri