25 
Yan
2022
08:13
62
71
1891
Virtual karabakh

Məşhur modelyer və “Mugler” moda evinin yaradıcısı vəfat edib - FOTO

25 Yan, 2022
08:13
1891

Məşhur modelyer və “Mugler” moda evinin yaradıcısı vəfat edib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Məşhur fransız modelyeri, fotoqrafı və “Mugler” moda evinin yaradıcısı Tyerri Myuqler 73 yaşında dünyasını dəyişib.

Bu barədə onun sözçüsü Jan-Baptist Rujo bəyan edib. Modelyerin təbii səbəblərdən öldüyü bildirilir.

Mugler 1948-ci ilin dekabrında Strasburqda anadan olub. O, 20 yaşında Parisə gəlib və 1973-cü ildə özünün “Cafe de Paris” leyblini yaradıb, bir il sonra “Thierry Mugler” Evini təsis edib.

Modelyer burda klassikləri və müasir tendensiyaları birləşdirmişdi.

Dizaynerin 1980-ci illərdə populyarlıq qazanıb. 1992-ci ildə o, öz ətir brendini yaratdı. 2002-ci ildə “Mugler” moda evinin kreativ direktoru vəzifəsini tərk etməsinə baxmayaraq, paltar tikir və şoular təşkil edirdi.

Mugler teatr və kino üçün geyim dizayneri kimi də çalışıb. Belə ki, “Ədəbsiz təklif” filmində Demi Murun məşhur qara paltarını o hazırlayıb.

Məşhur dizayner, Beyonsun şəxsi stilisti olub, həmçinin Şeron Stoun, Beyons, Ledi Qaqa, Corc Maykl, Devid Boui üçün də paltarlar hazırlayıb. D.Boui dizaynerin əl işinə o qədər heyran olub ki, supermodel İmanla toyu üçün kostyumu ona sifariş etmişdi.

2021-ci ilin payızında Muqler Parisdə “Thierry Mugler”, “Couturrisime” adlı geniş miqyaslı sərgi açdı, burada onun ən məşhur geyimləri təqdim olundu. Modelyerin bir çox dostu, o cümlədən İrina Şeyk və Cardi B tədbirə onun brendindən olan paltarlarda gəlmişdi.

 

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri