27 
Fev
2022
06:30
994
61
7169
Virtual karabakh

Ukrayna əsilli Hollivud ulduzu: “Mənim ölkəmi və xalqımı bombalayırlar!”

27 Fev, 2022
06:30
7169

Ukrayna əsilli Hollivud ulduzu: “Mənim ölkəmi və xalqımı bombalayırlar!”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukrayna əsilli amerikalı aktrisa Milla Yovoviç Rusiyanın Ukraynaya qarşı başlatdığı mübaribəyə emosional tərzdə reaksiya verib.

Məşhur aktrisa “Instagram” hesabında Ukraynada baş verənlərin onu necə narahat etməsindən bəhs edib.

“Vətənim Ukraynada bu həftə baş verən hadisələri anlamağa çalışarkən ürəyim parçalanır və heyərət gəlirəm. Mənim ölkəmi və xalqımı bombalayırlar. Dostlarım və ailələri gizlənir. Mənim köklərim Rusiyadan olduğu kimi həm də Ukraynadandır. Baş verən dəhşəti, ölkənin dağılmasını, kül olmuş dağıntılarla əhatə olunmuş ailələrin köçürülməsini seyr edərkən ürəyim parçalanır”, - deyə o bildirib.

Xatırladaq ki, Milla Yovoviç 1975-ci ildə Kiyevdə anadan olub. 1980-ci ildə o valideynləri ilə birlikdə Londona, daha sonra isə ABŞ-a köçüb. Onun anası Qalina Loqinova Ukraynada, atası Boqdan Yovoviç isə Monteneqroda böyüyüb.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri