29 
Mar
2022
06:45
116
346
13036
Virtual karabakh

Əməkdar artistin keçmiş gəlini efirə çıxdı: “Barışmaq istəyirəm”

29 Mar, 2022
06:45
13036

Əməkdar artistin keçmiş gəlini efirə çıxdı: “Barışmaq istəyirəm”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əməkdar artist Mətanət İsgəndərlinin keçmiş gəlini Canana barışıq üçün sənətçiyə növbəti dəfə addım atıb.

Oxu.Az xəbər verir ki, “Bizimləsən” verilişində qonaq olan Canana müğənnidən aralarındakı küsülülüyə son qoymalarını istəyib.

“Mətanət xanıma hər zaman hörmətim var, uşaqlarımın nənəsidir. Mən mehribanlıq istəyirəm. Çünki övladlarımın psixologiyası mənim üçün çox önəmlidir. Biz mehriban olaq, uşaqlarım da birlikdə olduğumuzu görüb, sevinsinlər. Hamı ayrılır, qismətdir. Hər kəsin bir tale yazısı var. O demək deyil ki, biz düşmən olmalıyıq. Uşaqlarım yanıma gəlir, Kərimlə danışıram, deyirəm ki, atana söylə bir yerə gedək. Soruşur ki, sən atamı bağışlayırsan? Deyirəm, əlbəttə, düşmən deyilik, sizə görə mehribanıq. Uşaqlar travma alır, bir gün yanımda qalır. Yuxudan oyananda deyir ki, atamı seçəcəm. Deyirəm, yat. Məhkəmədə deyilsən. Şüuraltı o qədər yeridilib ki... İstəmərəm belə olsun. Ancaq sülh və mehribanlıq istəyirəm. Bir yerdə gəzək, ata da var ana da var. Mətanət xanımdan da böyüklük olaraq istəyirəm ki, mehribanlıq olsun. Kiçik olaraq ondan barışıq istəyirəm. Bunu övladlarıma görə edirəm. Ondan heç nə istəmirəm”, - deyə o bildirib.

Qeyd edək ki, Canana Novruz bayramında da Mətanət İsgəndərlidən aralarındakı küsülülüyə son qoymasını xahiş etmişdi.

Xatırladaq ki, M.İsgəndərlinin oğlu Kərim və Canana ötən il boşanıb və üç uşaq atada qalıb. Canana apellyasiya məhkəməsinə müraciət edərək övladlarını qəyyumluğunu alıb. 

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri